Ukraynanın çalışdırıcısı: “Hər kəsdən üzr istəyirəm”
Ukrayna millisi Azərbaycan qarşısında istədiyi oyunu göstərə bilməyib.
90plus.az xəbər verir ki, bunu mətbuat konfransında Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov bildirib. O, Bakıda keçirilən DÇ-2026 seçmə mərhələsi matçı ilə bağlı fikirlərini bölüşüb:
“Dünən də demişdim ki, hər rəqib güclüdür. Meydanın vəziyyəti də ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimiz üçün xal itirdik. Azərbaycan yığması əsasən əks hücumlara fokuslanmışdı”.
Rebrov nəticədən razı qalmadığını da vurğulayıb:
“Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun bizim üçün ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlmiş olsaydıq belə, oyun üslubu bizi qane etməyəcəkdi”.
Qeyd: Tofiq Bəhramov adına stadionda keçirilən Azərbaycan – Ukrayna qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved