Ukraynanın qapıçısı: “Azərbaycanla sülh biabırçılıqdır”
Trubin: “Azərbaycanla heç-heçə – biabırçılıqdır”.
90plus.az xəbər verir ki, Ukrayna millisinin qapıçısı Anatoli Trubin 2026 Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə barədə sərt açıqlama verib.
Gənc qolkiper oyundan sonra mətbuata danışaraq nəticəni qəbuledilməz adlandırıb:
“Hansı təəssüratlar ola bilər? Məncə, biabırçılıqdır. Çünki belə matçlarda qalib gəlmək, bu cür zəif rəqibləri məğlub etmək lazımdır. İrəliləmək istəyiriksə, qələbə qazanmalıydıq. Hər kəs bu barədə fərdi düşünməlidir. Növbəti təlim-məşq toplanışı həlledici olacaq.”
Qeyd: Trubin hazırda Portuqaliyanın “Benfika” klubunun qapısını qoruyur. Onun komandası 1 həftə sonra Avropa arenasında “Qarabağ”ı Lissabonda qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved