Vüqar Həşimov adına şahmat turniri davam edir
Bakıda "Vüqar Həşimov Şahmat Fondu"nun təşkilatçılığı ilə keçirilən beynəlxalq "Vugar Gashimov Open 2025" turniri davam edir.
90plus.az xəbər verir ki, 6 turun ardından dörd şahmatçı 5,5 xal toplayaraq turnir cədvəlində birinciliyi bölüşür.
Bu şahmatçılar Tunar Davudov, Şiroğlan Talıbov, Vüqar Manafov və Əhməd Əhmədzadədir.
Qeyd: Yarış Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "Chess Tour Azerbaijan" layihəsinə daxildir. Sayca 11-ci dəfə baş tutan turnirdə 6 ölkədən 206 şahmatçı iştirak edir.
© Copyright 2026, All Rights Reserved