DÇ-2026: Xorvatiya vəsiqə qazandı
Dünya Kubokunun Avropa seçmə mərhələsində Xorvatiya öz meydanında Farer Adalarını 3-1 hesabı ilə məğlub edərək birbaşa Dünya Kubokuna vəsiqə əldə edib.
90plus.az xəbər verir ki, Riyeka Stadionunda keçirilən qarşılaşmada Farer Adaları 16-cı dəqiqədə Turinin qolu ilə önə keçdi. Ev sahibi komanda isə 23-cü dəqiqədə Qvardiolun vurduğu qol ilə hesabı bərabərləşdirdi və ilk yarı 1-1 tamamlandı.
İkinci hissədə Petar Musa 57-ci dəqiqədə Xorvatiyanı önə çıxardı, 70-ci dəqiqədə isə Vlaşiç hesabı 3-1-ə gətirdi.
Qrupda bir oyunu qalmış Xorvatiya 19 xala yüksələrək Dünya Kubokuna birbaşa vəsiqə qazandı. Farer Adaları isə 12 xalla qrupda qaldı.
© Copyright 2026, All Rights Reserved