Yamal millidən kənarlaşdırıldı
Lamin Yamal İspaniya millisinin heyətindən kənarlaşdırıldı.
90plus.az xəbər verir ki, İspaniya millisinin gənc ulduzu Lamin Yamal DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Gürcüstan və Türkiyə ilə oyunlarda iştirak etməyəcək.
RFEF-in məlumatına görə, 18 yaşlı vinger dünən “Barselona”nın bazasında millinin həkimlərini məlumatlandırmadan bərpa proseduru keçib. Bu vəziyyətdən sonra futbolçuya 7–10 gün istirahət tövsiyə olunub və o, milli komandanın heyətindən çıxarılıb.
Beləliklə, İspaniya qarşıdakı iki vacib matçda komandanın ən parlaq gənc oyunçularından biri olan Yamalın xidmətindən yararlana bilməyəcək.
© Copyright 2026, All Rights Reserved