Yunan-Roma güləşçilərimiz Avropanın ən güclüsü oldular
Slovakiyada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə millimiz qitənin ən güclüsü oldu.
90plus.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu oldu.
Xatırlatma: Güləşçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
Qeyd: Bir neçə gün öncə sərbəst güləş üzrə millimiz də Avropa çempionu olub.
© Copyright 2026, All Rights Reserved