Zidanın oğlu bu milliyə çağırıldı
İspaniyanın “Qranada” klubunda çıxış edən qapıçı Luka Zidan Əlcəzair milli komandasına dəvət olunub.
90plus.az xəbər verir ki, bu barədə məlumatı ölkənin futbol federasiyası yayıb.
Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu olan 27 yaşlı qolkiper, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Somali və Uqanda ilə baş tutacaq qarşılaşmalar üçün Vladimir Petkoviçin rəhbərliyi altında açıqlanan 26 nəfərlik heyətə daxil edilib.
Qarşıdakı oyunlar 9 və 14 oktyabr tarixlərində keçiriləcək.
Luka Zidan daha əvvəl Fransa gənclər yığmalarında forma geyinib. Lakin o, sonradan vətəndaşlığını dəyişərək Əlcəzair yığmasını seçib.
Əlcəzair millisi hazırda seçmə mərhələdə lider mövqedədir və dünya çempionatına vəsiqə qazanmaq üçün yalnız bir qələbə yetərlidir.
© Copyright 2026, All Rights Reserved