“Zirə” avrokuboklarla vidalaşdı
“Zirə” Xorvatiyada döyüşərək uduzdu, amma avrokuboklarla vidalaşdı.
90plus.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanın turnirdəki təmsilçilərindən “Zirə” Xorvatiyada “Hayduk”un qonağı olub.
Split şəhərində baş tutan qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edib. Bakıda keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatdığı üçün cavab görüşü həlledici xarakter daşıyırdı. Matçın əsas vaxtı yenə eyni hesabla (1:1) nəticələnib. Lakin əlavə vaxtda meydan sahibləri fərqlənərək ümumi hesabda 3:2 üstünlük qazanıblar və növbəti mərhələyə yüksələn tərəf olublar.
“Zirə” bu oyuna ciddi itkilərlə çıxıb. Komandanın ruandalı müdafiəçisi Anje Mutsinzi sənəd problemi səbəbindən viza ala bilmədiyinə görə Xorvatiya səfərinə qoşulmayıb. Bakıda keçirilən ilk matçda “Zirə”nin yeganə qoluna imza atmış, sonradan zədələnmiş fransalı yarımmüdafiəçi Brahim Konate də bu oyunda iştirak etməyib.
Üstəlik, qarşılaşma zamanı “Zirə” bir futbolçusunun qırmızı vərəqə alması səbəbilə azlıqda qalıb.
Beləliklə, Split təmsilçisi 3-cü təsnifat mərhələsinə yüksəlib. “Zirə” isə 2025/26 mövsümündə avrokubok mübarizəsini başa vurub.
UEFA Konfrans Liqası – 2-ci təsnifat mərhələsi, cavab oyunu
Hayduk 2–1 Zirə
Ümumi hesab: 3:2
Krovinoviç 19’
Djibrilla 90+3'
Bernahou 95’
Qollar:
https://t.me/doxsanplus/105742
https://t.me/doxsanplus/105750
https://t.me/doxsanplus/105751
© Copyright 2026, All Rights Reserved