"Zirə"nin futbolçusuna viza verilmədi, Splitə yollana bilmədi
"Zirə" iyulun 31-də səfərdə "Hayduk" komandası ilə qarşılaşacaq. Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi ilə bərabərə qalan qəsəbə komandası növbəti mərhələ üçün çətin bir səfər matçına çıxacaq.
90plus.az xəbər verir ki, "Zirə"nin bir futbolçusu bu oyunda iştirak edə bilməyəcək. Müdafiəçi Anje Mutsinzi viza məsələsinə görə qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb. Xorvatiya səfirliyi ruandalı oyunçuya ölkəyə giriş üçün icazə verməyib.
Mutsinzi daha əvvəl Portuqaliya və Norveç klublarında oynayıb və Avropada oturum icazəsinə malik olub. Bu səbəbdən yaranan problem onun şəxsi göstəriciləri ilə əlaqəli deyil. Məlumata görə, onun Xorvatiyaya buraxılmamasına səbəb Ruanda ilə Belçika arasında mövcud olan siyasi gərginlikdir. Səfirlik də məhz bu amili əsas gətirərək futbolçuya viza verməkdən imtina edib.
© Copyright 2026, All Rights Reserved