2 ildən sonra meydana çıxdı, qovuldu
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Dele Alli iki il sonra ilk rəsmi oyununa çıxıb, amma qırmızı vərəqğ aman verməyib.
90plus.az bildirir ki, o, A Seriyasında "Komo"nun heyətində debüt edib.
Lakin sabiq ulduzun qayıdışı uğursuz alınıb. 81-ci dəqiqədə əvəzetmədən meydana daxil olan futbolçu cəmi 10 dəqiqə sonra sərt mübarizə səbəbindən qırmızı vərəqə ilə cəzalandırılıb.
"Komo" bu qarşılaşmada "Milan"a 1:2 hesabı ilə məğlub olub. Hətta rəqib oyunçu Kayl Uoker belə hakimdən qırmızı əvəzinə sarı vərəqə verməyi xahiş edir.
Qeyd: Dele Alli yanvar ayında "Komo" ilə müqavilə imzalayıb. "Transfermarkt" 28 yaşlı futbolçunun dəyərini 3,5 milyon avro olaraq qiymətləndirir.
Alli karyerasının ən parlaq dövrünü "Tottenhem"də keçirib. O, klub səviyyəsində ümumilikdə 385 matçda iştirak edib, 94 dəfə rəqib qapısına yol tapıb və 72 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved