Acun Ilıcalı daha bir klub aldı
Bir yandan sahib olduğu televiziya kanalı ilə çox sayda yarışma proqramı təşkil edən Acun Ilıcalı, bir yandan da futbol investisiyalarına davam edir.
90plus.az xəbər verir ki, "Fənərbağça İdman Klubunun" vitse-prezidenti vəzifəsini icra edən Ilıcalı, 2022-ci ildə satın aldığı "Hal Siti" ilə Premyer Liqaya yüksəlmə hədəfi qoyaraq, bu istiqamətdə əməliyyatlarına kömək edə biləcək başqa bir ölkədən klub axtarışına başladığını açıqlamışdı. Uzun müddətdir Sloveniyanın "Maribor" klubu ilə maraqlanan Ilıcalı, bu həftə imzalanan anlaşma ilə klubun 74 faiz payını satın aldı.
Sloveniyalı jurnalist Miha Dayçman, klub rəhbərliyi və Acun Medya arasında aparılan anlaşmanın tamamlandığını və yeni dövrdə şirkətin idarə heyətində olan 4 üzvdən 3-nün Acun Medya tərəfindən müəyyən ediləcəyini açıqladı.
© Copyright 2026, All Rights Reserved