“Adana Demirspor” -1 xala düşdü
Türkiyə Superliqası komandası “Adana Demirspor”un 3 xalı silinəcək.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Adana təmsilçisinin maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbilə bu cəzanı tətbiq edib.
Klub ona verilən vaxtda yaranmış problemi həll edə bilməyib.
Bu səbəbdən TFF “Adana Demirspor”un 3 xalının silinməsinə qərar verib.
Qeyd: Klub 13 oyundan 2 xalla Superliqada 18 komanda arasında sonuncu yeri tuturdu. Qərar qüvvəyə mindikdən sonra onların xalı -1 olacaq.
© Copyright 2026, All Rights Reserved