Almaniya klublarından samballı gəlir
Almaniya 1-ci (Bundesliqa) və 2-ci (Bundesliqa 2) futbol liqalarında çıxış edən klublar 2023-2024 mövsümündə ümumilikdə 5,87 milyard avro gəlir əldə edərək rekord qırıblar.
90plus.az xəbər verir ki, bu, əvvəlki mövsümlə müqayisədə 12% artım deməkdir.
Əvvəlki rekord 2022-2023 mövsümündə 5,24 milyard avro ilə qeydə alınmışdı. Bundan əlavə, Almaniya 2-ci Futbol Liqası (Bundesliqa 2) klubları ilk dəfə olaraq 1 milyard avro gəlir həddini aşaraq diqqət çəkiblər.
2023-2024 mövsümündə 1-ci liqada yalnız 9, 2-ci liqada isə 8 klub mənfəət əldə edib. Həmin mövsümdə klublar vasitəsilə 62 min nəfər işlə təmin olunaraq ayrıca bir rekorda imza atılıb.
© Copyright 2026, All Rights Reserved