Almaniya Kuboku: “Dortmund” dayandı, “Leverkuzen” 1/4-də!
"Borussiya Dortmund" Almaniya Kubokunda mübarizəni dayandırdı.
90plus.az xəbər verir ki, Almaniya Kubokunun 1/8 Finalında Bundesliqanın iki nəhəngi arasındakı mübarizədə “Bayer Leverkuzen” qalib gələrək “Borussiya Dortmund”u kubokdan kənarlaşdırdı.
İbrahim Maza görüşün yeganə qolunu vurdu və “Bayer Leverkuzen”i 1/4 finala daşıdı və oyunun ən yaxşısı seçildi:
Niko Kovaçın komandası çox çalışsa da, Leverkuzen müdafiəsini yara bilmədi. Oyunun sonlarında Cob Bellinqem ideal qol şansını qaçırdı:
Borussiya Dortmund 0-1 Bayer 04
Maza 34'
Qol: https://t.me/doxsanplus/111674
STATİSTİKA: 2023/24 mövsümündə Xabi Alonsonun rəhbərliyi altında Almaniya kubokunu qazanan “Bayer Leverkuzen” keçən mövsüm yarımfinalda finalçı “Arminiya Bilefeld”ə uduzmuşdu. Amma bu görüşdə göstərdikləri oyun onların titula iddiasının hələ də güclü olduğunu təsdiqlədi.
Leverkuzen ardıcıl üçüncü mövsümdür ki, turnirin 1/4 finalına yüksəlir.
Komanda həmçinin son 40 kubok oyununda qol vurma seriyasını davam etdirir. Bu, klub tarixinin ən uzun seriyasıdır və turnirin hazırkı komandaları arasında ən yaxşı göstəricidir. Ümumilikdə turnir tarixində yalnız üç komanda daha uzun qol seriyasına malikdir — rekord isə “Verder Bremen” və “Köln”ə məxsusdur (43 oyun).
© Copyright 2026, All Rights Reserved