Almaniya millisinin sabiq baş məşqçisi iş axtarır
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv məşqçi karyerasını bitirməyib.
90plus.az xəbər verir ki, bir vaxtlar Almaniya millisini çalışdıran Yoahim Löv indi işsiz qalıb. O, iş axtardığını bu cür dilə gətirib:
"Karyeramı bitirdiyimi deməmişəm. Maraqlı təklif və yaxşı layihə olarsa, dəyərləndirə bilərəm".
Löv 2006-2021-ci illərdə Almaniya millisinə rəhbərlik edib. O, 2021-ci ildən işsizdir. Alman çalışdırıcı milli komanda ilə 1 dəfə Dünya çempionluğunu, 1 dəfə Avropa ikinciliyini, 1 dəfə dünya üçüncülüyünü qazanıb.
© Copyright 2026, All Rights Reserved