Amorim derbi üçün heyəti dəyişir
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim həftəsonu baş tutacaq Mançester derbisi öncəsi heyətini yeniləyib.
90plus.az xəbər verir ki, çalışdırıcı uzun müddət startda şans vermədiyi adlardan olan Meyson Maunt haqda danışıb:
"Mason Mount başlamaq üçün kifayət qədər uyğundur, lakin biz onu idarə etməliyik".
"Mason bir çox dəfə məşq edib, bədəninə yük götürüb. Bəzən ağıl bədəndən daha vacibdir. O, oynamağa hazırdır və bazar günü görəcəyik".
Bundan başqa, Kobbi Mainonu da yenidən heyətə dəvət ala bilər.
Qeyd: "Man Yunayted - Man Siti" matçı sabah saat 19:30-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved