Arda Turan hakimə hücum etdi
UEFA Avropa Konfrans Liqası: "Şaxtyor Donetsk – Panatinaikos" görüşündə Arda Turan qırmızı vərəqə aldı.
90plus.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab oyununda "Şaxtyor Donetsk" evdə "Panatinaikos" ilə qarşılaşdı. Yunanıstanda oynanan ilk görüş də 0‑0 hesabı ilə başa çatmışdı.
Penaltilərdə qalib Panatinaikos oldu
Əsas vaxtda hər iki komanda qol vura bilmədi. Əlavə vaxtdan sonra penalti seriyasına qalan matçda 4-3 hesabı ilə qalib gələn "Panatinaikos" Avropa Konfrans Liqasında pley-offa vəsiqə qazandı. Beləliklə, "Şaxtyor Donetsk" turnirdən kənar qaldı.
Arda Turan qırmızı vərəqə aldı
Görüşün 84-cü dəqiqəsində "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan etirazlar səbəbindən orta hakimin qərarı ilə qırmızı vərəqə alaraq oyundan uzaqlaşdırıldı.
Hakimin üzərinə hücum çəkdi
Qırmızı vərəqədən dərhal sonra Arda Turan demək olar ki, özünü itirdi. Dördüncü hakimin üzərinə gedən baş məşqçi uzun müddət etirazlarını davam etdirdi. Ukrayna klubunun texniki heyətindən bir şəxs Turanı böyük çətinliklə sakitləşdirdi.
© Copyright 2026, All Rights Reserved