Argentina "10" nömrəsiz qaldı - Əvvəl Dibala, indi də Messi
Argentina millisində daha bir itki yaşanıb.
90plus.az xəbər verir ki, kapitan Lionel Messi bu gün açıqlanan heyətdə yer almayıb. "İnter Mayami"nin forvardı zədə səbəbindən komandaya qoşula bilməyəcək. Ona adduktor əzələsində zədələnmə diaqnozu qoyulub.
Qeyd: Paulo Dibala da eyni səbəbdən Argentina millisinin heyətinə daxil edilməyib.
Argentina yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də səfərdə Uruqvayla, martın 26-da isə öz meydanında Braziliya ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved