Arsen Venger Məhəmməd Salahı təriflədi
London "Arsenal" klubunun keçmiş baş məşqçisi Arsen Venger "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Venger belə deyib:
"Salahın məndə xoş təəssürat yaradan cəhəti onun hər il daha da inkişaf etməsidir. Ona qarşı oynadığım zaman altı qol epizodu yaratdı və bir dəfə fərqləndi. İndi isə iki imkan yaradır və hər ikisini qola çevirir. O, qol vurmaq və ötürmə vermək arasında ideal tarazlıq qurub."
Qeyd: bu mövsüm 32 yaşlı Məhəmməd Salah bütün turnirlərdə 38 matçda iştirak edib, 30 dəfə rəqib qapısına yol tapıb və 21 məhsuldar ötürmə verib. Futbolçunun hazırkı müqaviləsi 30 iyun 2025-ci ilədək qüvvədədir.
© Copyright 2026, All Rights Reserved