AVRO 2024: Almaniya Türkiyədən geridə qaldı!
AVRO 2024-də qrup oyunları başa çatdıqdan sonra ölkələrin azarkeşlərinin sayı açıqlanıb.
90plus.az xəbər verir ki, Türkiyə azarkeş sayına görə turnirin ev sahibi Almaniyanı da geridə qoyub. AVRO 2024-də azarkeş sayına görə 130 min azarkeşlə Türkiyə birinci sıradadır. İkinci sırada 125 min azarkeşlə turnirin ev sahibi olan Almaniya qərarlaşıb. Xorvatiya isə 103 min azarkeşlə üçüncü yerdədir. Sonuncu olan 24-cü yerdə isə 34 min azarkeşlə İspaniya sıralamanı tamamlayıb.
AVRO 2024-də olan ölkələrin azarkeşlərinin sayı belədir:
1. Türkiyə - 130 min
2. Almaniya - 125 min
3. Xorvatiya - 103 min
4. Albaniya - 95 min
5. Rumıniya - 92 min
6. Şotlandiya - 82 min
7. Hollandiya - 80 min
8. Serbiya - 73 min
9. Polşa - 70 min
10. İngiltərə - 65 min
11. Avstriya - 60 min
12. Danimarka - 60 min
13. Gürcüstan - 60 min
14. Ukrayna - 53 min
15. Belçika - 50 min
16. Macarıstan - 46 min
17. Sloveniya - 44 min
18. Fransa - 41 min
19. İsveçrə - 39 min
20. Çexiya - 38 min
21. Portuqaliya - 37 min
22. İtaliya - 36 min
23. Slovakiya - 35 min
24. İspaniya - 34 min
© Copyright 2026, All Rights Reserved