AVRO 2024: Süni intellektdən şokedici təxminlər!
Süni intellekt AVRO 2024-ün son 1/8 finalı öncəsi təxminlər irəli sürüb.
90plus.az xəbər verir ki, çətin matçlardan öncə süni intellektdən turnirin nəticələrinin necə olacağı barədə soruşulub. Onun təxminlərinə görə isə İspaniya-Gürcüstan qarşılaşmasında İspaniyanın turu keçmə faizi 82.12-dir. Gürcüstanın isə 17.87 faiz şansı var.
Almaniya-Danimarka matçında ev sahibi Almaniyanın 69.48, Danimarkanın isə 30.52 faiz şansı var.
Avstriya-Türkiyə oyununa gəldikdə isə turu keçmək üçün süni intellektə görə Avstriyanın 57.65, Türkiyənin isə 42.35 faiz şansı var.
© Copyright 2026, All Rights Reserved