Avropa Liqası: “Fənərbağça” startda uduzdu
"Fənərbağça" UEFA Avropa Liqasının liqa mərhələsinə məğlubiyyətlə başladı.
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının liqa mərhələsinin ilk turunda “Fənərbağça” Xorvatiyada “Dinamo Zaqreb”in qonağı olub. Maksimir stadionunda keçirilən oyunu fransalı hakim Jerom Brisar idarə edib. Ona Aleksis Oje və Ervan Finjan kömək ediblər.
🏟 Oyun detalları
“Fənərbağça” Çempionlar Liqasının pley-offunda mübarizədən kənar qaldıqdan sonra Avropa Liqasına uğurlu start verməyi hədəfləyirdi. Lakin istəklər reallaşmadı – sarı-lacivərlilər səfərdə rəqibinə 1:3 hesabı ilə uduzdular:
Dinamo Zaqreb 3-1 Fənərbağça
Beljo 21' 50'
Şmanski 25'
Bakrar 90+5'
Qollar:
https://t.me/doxsanplus/108185
https://t.me/doxsanplus/108191
https://t.me/doxsanplus/108195
Tedesko rəhbərliyi altında "Fənərbağça":
- 4 matç
- 1 itki
- 1 qələbə
- 2 heç-heçə
© Copyright 2026, All Rights Reserved