Avropa Liqası: Gecənin qalibləri və məğlubları
Bu gün Avropa Liqasında Liqa mərhələsinin ilk oyunlarına start verilib. Turnirin 1-ci turunda doqquz qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Zaqrebdə “Dinamo”nun qonağı olub və meydanı məğlubiyyətlə tərk edib – 1:3. Xorvatiya təmsilçisində Belyo dubl edib, digər qolu isə Bakrar vurub. İstanbul klubunun yeganə qoluna isə Şimanski imza atıb.
“Roma” səfərdə Fransanın “Nitsa” klubuna qarşı oynayıb və 2:1 hesablı qələbə qazanıb. İtaliya təmsilçisinin qollarını Ndika və Mançini vurub, meydan sahiblərində isə Moffi penaltidən fərqlənib.
Digər matçlarda da maraqlı nəticələr qeydə alınıb:
Yunanıstanın PAOK klubu İsrailin “Makkabi”si ilə qolsuz heç-heçə edib:
PAOK 0 - 0 Makkabi
"Midtülland” “Şturm”u 2:0 hesabı ilə üstələyib. Qollardan biri Kristensenin avtoqolu olub, digəri isə Diaodan gəlib:
Midtülland 2 - 0 Şturm
“Betis” və “Nottingem Forest”in qarşıdurması məhsuldar heç-heçə ilə bitib – 2:2. İspaniya təmsilçisindən Bakambu və Antoni, İngiltərə klubundan isə İsaak Cezus dublla yadda qalıb:
Betis 2 - 2 Nottingem Forest
Portuqaliyada “Braqa” “Feyenoord” üzərində minimal hesablı qələbə qazanıb – 1:0. F. Navarro qola imza atıb:
Braqa 1 - 0 Feyenoord
Serbiyada “Srvena Zvezda” ilə “Seltik” arasında görüş bərabərliklə yekunlaşıb – 1:1. Meydan sahiblərində Arnautoviç, qonaqlarda isə Iheanaço fərqlənib:
Srvena Zvezda 1 - 1 Seltik
Almaniyanın “Frayburq” klubu doğma meydanda “Bazel”i 2:1 hesabı ilə məğlub edib. Osterhaqe və Eggeştayn ev sahiblərinin, Otele isə qonaqların qol müəllifi olub:
Frayburq 2 - 1 Bazel
İsveçdə keçirilən görüşdə “Malmö” “Ludoqorets”ə 1:2 hesabı ilə uduzub. Bolqarıstan klubunun qollarını Staniç (penaltidən) və Bile vurub, skandinavların qolunu isə L. Yonsen qeydə alıb:
Malmö 1 - 2 Ludoqorets
Avropa Liqasının 1-ci turunun digər oyunları sabah keçiriləcək.
© Copyright 2026, All Rights Reserved