Avstriyanın çalıçdırıcısı: “100 dəqiqə Fransadan qol buraxmadıq”
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Fransaya 0-1 hesabı ilə uduzduqları Avro-2024 oyunu haqda danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis zəif oynamadıqlarını vurğulaylb:
"Aydındır ki, biz məyusuq. 100 dəqiqə ərzində Fransadan bir qol buraxmadıq. Bu, sadəcə bir uğursuz avtoqol idi, amma buna görə Maksı (Maksimilian Vöber) qınamayacağam.
Yarımmüdafiədə güclü idik. Rəqibdən böyük təhlükə yox idi. İki əla şansımız oldu. Normalda belə bir vəziyyətdə qol vurardıq. Fransanın da şansları var idi. Düşünürəm ki, Didye Deşam çox xoşbəxt idi və bu, komandamın möhtəşəm performansını göstərir. Biz də səhvlər etdik, amma rəqibi də unutmayaq. Onlar qələbəyə layiqdirlər. Lakin bizim də 2-3 yaxşı şansımız var idi. İndi isə gələcəyə baxmalı və cümə günü Polşanı məğlub etmək haqda düşünməliyik".
Qeyd: Avstriya Avro-2024-də növbəti matçını iyunun 21-i saat 20:00-da Polşaya qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved