Azarkeşlər atışıb stadionu satın alır
Almaniyanın "Sankt Pauli" klubunun azarkeşləri komandaya kömək etmək məqsədilə stadionun əksər hissəsini almaq üçün 27 milyon avro - 29,1 milyon dollardan çox pul toplayıblar.
90plus.az xəbər verir ki, 5 aylıq kampaniyada 21 minə yaxın insan iştirak edib.
Hazırda Bundesliqanın 15-ci pilləsində yer alan komanda keçən mövsüm ikinci divizion çempionu kimi yenidən Bundesliqaya yüksəlmişdi. Komanda hazırda sona yeddi tur qalmış aşağı liqa zonasından üç pillə öndədir.
Klub prezidenti Oke Göttliç: "Biz indi abunə mərhələsindən növbəti böyük hədəfimizə çatmaq və Bundesliqada qalmağa nail olmaq üçün istifadə etmək istəyirik".
📰: ESPN
© Copyright 2026, All Rights Reserved