Azərbaycan Premyer Liqası: Günün transferləri
Bu gün Azərbaycan klublarında bir-neçə transfer gerçəkləşib.
90plus.az xəbər verir ki, yerli klublardan "Sumqayıt" yayın ilk transferini edib. “Gənclik şəhəri” təmsilçisi "Zirə"dən ayrılan Rəhim Sadıxovu heyətinə qatıb. Müqavilənin müddəti ilə bağlı məlumat verilməyib.
"Qəbələ" müdafiəçi Salman Ələsgərovla müqavilə imzalayıb. Müqavilənin müddətinin 2 il olduğu bildirilir.
“Qəbələ" daha öncə müdafiəçi Vüqar Həsənov, yarımmüdafiəçi Urfan İsmayılov və qapıçı Müşfiq Nadirovla da müqavilə imzalayaraq onları heyətinə qatmışdı.
"Neftçi" klubu isə iki futbolçu ilə müqaviləni yeniləməyib. Yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədov "Neftçi"dən ayrılıb.
Qeyd: "Neftçi"yə 2022-ci ildə transfer olan Caber oynadığı 58 oyunda 9 qol vurub.
Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.
Mənbə: "Sumqayıt", "Neftçi" və "Qəbələ"nin media hesabları
© Copyright 2026, All Rights Reserved