“Real” prezidenti “Barsa” prezidentinə dəstək olub
"Real Madrid" klubunun rəhbərliyi "Barselona" klubuna Pau Viktor və Dani Olmonun qeydiyyatını rəsmiləşdirmək üçün kömək edibmiş.
90plus.az xəbər verir ki, Ali İdman Məhkəməsinin yekun qərarında məhz Florentino Perez əsas rol oynayan şəxslər arasında olub.
Bildirilib ki, Florentino Perez Ali İdman Məhkəməsinin sədri Jose Manuel Rodriges Uribesə zəng edərək, "Barselona"nın təklif etdiyi layihəni təsdiq etməsini istəyib.
📰: Katalon radiosu
© Copyright 2026, All Rights Reserved