"Barselona" Fliki komandada saxlayır
"Barselona" klubu baş məşqçi Hans-Diter Flikin gələcək planları ilə bağlı qərar qəbul edib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi alman çalışdırıcı ilə əməkdaşlığı 2027-ci ilin ortalarına kimi davam etdirməyi planlaşdırır.
Flikin mövcud müqaviləsi 2026-cı ilin yayında sona çatır.
“Barselona” son oyunda öz meydanında “Selta”ya qarşı 4:3 hesabı ilə qalib gəlib. Komanda hazırda La Liqa, Kral Kuboku və UEFA Çempionlar Liqasında titul qazanmaq uğrunda yarışır.
Hans Flikin baş məşqçiliyi altında “Barça”:
Oyun: 51; Qol: 151.
© Copyright 2026, All Rights Reserved