"Barselona" futbolçusunu 3 həftəlik itirdi
"Barselona" klubunun müdafiəçisi Alexandro Balde La Liqanın son qarşılaşmasında "Leqanes"ə qarşı oynanan matçda (1:0) zədə alıb.
90plus.az xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik birinci hissənin sonlarında 21 yaşlı futbolçunu əvəz etmək məcburiyyətində qalıb. Balde bud nahiyəsindən zədələnib və təxminən üç həftəlik müddətə meydanlardan uzaq qalacaq.
Xatırlatma: İspaniyalı oyunçu bu mövsüm "Barselona"nın heyətində ümumilikdə 43 oyuna çıxıb, 1 dəfə rəqib qapısına yol tapıb və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved