"Barselona" gənc futbolçusunu itirdi
La Liqanın 27-ci turunda "Osasuna" ilə təxirə salınmış görüşdə zədələnən "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonun vəziyyəti barədə məlumat verilib.
90plus.az xəbər verir ki, ispaniyalı futbolçu sağ ayağının əzələsindən zədə alıb və 3 həftə meydandan kənarda qalacaq.
"Osasuna" ilə qarşılaşmada (3:0) qollardan birini qeydə alan Olmo 28-ci dəqiqədə zədələnərək oyunu tərk edib.
Xatırlatma: 26 yaşlı futbolçu cari mövsümdə "Barselona"nın heyətində 28 matça çıxaraq 8 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved