"Barselona" prezidenti Bakıda! İlham Əliyevlə görüşdü
Xuan Laporta Bakıda İlham Əliyevin qəbulunda olub, ona "Barselona" formasını hədiyyə edib.
90plus.az xəbər verir ki, Azərbaycanda “Barselona” klubunun futbol akademiyası yaradılacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
© Copyright 2026, All Rights Reserved