"Barselona"da Olmo ilə bağlı xoş xəbər
"Barselona" futbolçusu Dani Olmonun səhhəti ilə bağlı yeni məlumat yayıb.
90plus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağaldaraq komandası ilə birgə məşqlərə başlayıb.
Gözləntilərə əsasən, o, gələn həftə tam şəkildə meydana qayıdacaq.
Xatırlatna: Dani Olmo La Liqanın 27-ci turunda "Osasuna" ilə keçirilən və təxirə salınmış görüşün (3:0) 28-ci dəqiqəsində zədə alaraq oyunu yarımçıq tərk etmişdi. Futbolçunun sağ ayağının əzələsində zədə aşkarlanmışdı.
© Copyright 2026, All Rights Reserved