"Barselona"nın baş məşqçisi karyerasını yekunlaşdırır
Bu mövsümün əvvəlində "Barselona"ya baş məşqçi təyin edilən Hans-Diter Flik tezliklə məşqçilik karyerasını bitirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, alman mütəxəssisin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Mənbənin bildirdiyinə görə, klub prezidenti Joan Laporta və idman direktoru Deku onunla əməkdaşlığı ən azı bir mövsüm daha davam etdirməyi düşünürlər. Lakin ailəsinə bağlı həyat tərzi keçirən Flik uzun müddət məşqçi kimi çalışmaq niyyətində deyil. Onun yaxınları "Barselona"nın Flikin sonuncu klubu olacağını təsdiqləyiblər.
Qeyd: Flikin rəhbərliyi altında "Barselona" bütün turnirlərdə ümumilikdə 42 oyunda iştirak edib və 31 qələbə, 5 heç-heçə, 6 məğlubiyyətlə üç böyük turnirdə çempionluq iddiasını qoruyur.
© Copyright 2026, All Rights Reserved