Konfrans Liqası: "Başakşəhər" pley-offda
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi "Başakşəhər", səfərdə 3:1 hesabı ilə məğlub etdiyi "Vikinq"lə bu dəfə öz meydanında 1:1 hesablı bərabərliyə razılaşıb. İlk qarşılaşmadakı üstünlük "Başakşəhər"i növbəti mərhələyə – pley-offa çıxarıb:
Başakşəhər 1-1 Vikinq
Ümumi hesab: 4-2
Bulut 34' (öz qapısına)
Selke 40'
Qollar: https://t.me/doxsanplus/106107
Qeyd: Türkiyə klubu pley-offda "Univ Kraiova" - "Trnava" duelinin qalibi ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved