"Bayer" əsas qol silahını itirdi
"Bayer" klubunun yarımmüdafiəçisi Florian Virtz zədələnib.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayern Münhen" ilə cavab görüşünü (ilk oyun – 0:3) buraxacaq.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələlik bilinmir.
Xatırlatma: Almaniyalı futbolçu bu mövsüm 39 oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə edib. O, "Bayer" ilə 2027-ci ilin yayına qədər müqaviləyə malikdir.
© Copyright 2026, All Rights Reserved