"Bayern" ulduz futbolçusunu üç xala qurban verdi
Almaniya Bundesliqasının lideri olan "Bayern Münhen" səfərdə "Auqsburq"la qarşılaşıb və 3-1-lik qələbə qazanıb.
90plus.az xəbər verir ki, matçın sonunda yaşanan bir zədə xəbəri komandada şok təsiri yaratdı. 30-cu dəqiqədə "Auqsburq"dan Ciannulisin vurduğu qolla 1-0 geridə olan "Bayern Münhen" 42-ci dəqiqədə Camal Musialanın vurduğu qolla tarazlığı bərpa etdi. İlk yarı 1-1 hesabı ilə başa çatdı.
İkinci hissənin 58-ci dəqiqəsində "Auqsburq"dan Zesiger ikinci sarı kartla qırmızı kart gördü və oyunçu meydandan çıxdı. Bu fürsətdən yararlanan "Bayern Münhen" 60-cı dəqiqədə Harri Keynin vurduğu qolla 2-1 önə keçdi. Matçın 90+3-cü dəqiqəsində isə "Auqsburq"dan Matsima öz qapısına topu göndərərək hesabı 3-1 etdi və "Bayern Münhen" meydandan qələbə ilə ayrıldı.
"BAYERN"DƏ ZƏDƏ ŞOKU
Ancaq "Bayern Münhen"in üç xal sevinci çox çəkmədi. 54-cü dəqiqədə zədə alaraq oyundan çıxan və yerini Tomas Müllerə verən Camal Musialanın vəziyyətinin ciddi olduğu məlum oldu. Ulduz oyunçu çərşənbə günü keçiriləcək "Inter" ilə Çempionlar Liqası matçında komandada olmayacaq.
Bundan əlavə, "Bayern Münhen"də Stanisic, Deyvis, Ito və Leon Qoretzkanın da zədələri mövcuddur və komanda mühüm itkilərlə qarşı-qarşıyadır.
© Copyright 2026, All Rights Reserved