“Beşiktaş” möhtəşəm geridönüşlə pley-offa yüksəldi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş” doğma meydanda dramatik bir geri dönüşə imza ataraq “Sent Patriks” üzərində 3:2 hesablı qələbə qazandı və adını pley-off mərhələsinə yazdırdı.
90plus.az xəbər verir ki, İstanbulda “Tüpraş” stadionunda baş tutan qarşılaşmaya qonaq komanda sürətli başladı. “Sent Patriks” artıq 3-cü dəqiqədə Kartinin qolu ilə önə keçdi. 34-cü dəqiqədə Maklauqlin fərqi iki topa çatdırdı – 0:2.
Lakin “Beşiktaş” oyundan qopmadı və əksinə, əzmkarlıq göstərərək dönüşə imza atdı. 43-cü dəqiqədə Demir Ege Tıknaz fərqi azaltdı – 1:2. 49-cu dəqiqədə Abraham hesabı bərabərləşdirdi – 2:2. Qələbə qolunu isə 79-cu dəqiqədə Joao Mario vurdu – 3:2.
Bu nəticə ilə “Beşiktaş” cütlük üzrə ümumilikdə 7:3 üstünlük qazandı və UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəldi.
Pley-off mərhələsində “Beşiktaş”ın rəqibi İsveçrə təmsilçisi “Lozan-Sport” olacaq. Qarşılaşmaların tarixləri UEFA tərəfindən yaxın günlərdə açıqlanacaq.
© Copyright 2026, All Rights Reserved