"Beşiktaş" prezidenti Hasan Arat istefa verdi
"Beşiktaş"da Fridl və Samet Aybabadan sonra Hasan Arat da istefa verdi.
90plus.az xəbər verir ki, "Trendyol Süper Liqa"nın 13-cü həftəsində "Göztəpə"yə qarşı 2:0 hesabı ilə önə keçməsinə baxmayaraq oyunu 4:2 hesablı məğlubiyyətlə tamamlayan və qalibiyyət həsrətini 4 oyuna çatdıran "Beşiktaş" klubunda ayrılıqlar davam edir.
Dünən gecə "Futbol Komandaları Ümumi Koordinatoru" Samet Aybaba və "İdarə Heyəti Məsləhətçisi" Bredli Hovard Fridel ilə yollar ayrılmışdı.
HASAN ARAT İSTEFASI
"Beşiktaş"dan verilən açıqlamada:
“Şirkətimizin İdarə Heyətinin 27.11.2024 tarixində keçirilən iclasında alınan qərara əsasən, İdarə Heyəti Sədri hörmətli Hasan Aratın sədr və üzvlük vəzifələrindən istefasının qəbuluna, onun istefası nəticəsində boşalan İdarə Heyəti Sədrliyinə hörmətli Hüseyn Yücəlin TTK-nın 363-cü maddəsinə uyğun olaraq ilk ümumi iclasda təsdiq edilmək şərti ilə təyin edilməsinə qərar verilmişdir."
© Copyright 2026, All Rights Reserved