"Beşiktaş"da Sergen Yalçın dövrü başladı: Köməkçiləri də məlum oldu
Dünən axşam Konfrans Liqasının Play-Off mərhələsində "Beşiktaş" evdə "Lozanna"ya 1-0 məğlub oldu. Qarşılaşmada dərhal sonra klub prezidenti Serdal Adalı baş məşqçi Ole Qunnar Sulşerin vəzifəsindən azad edildiyini açıqladı.
90plus.az xəbər verir ki, gecə yarısı aparılan operativ görüşlər nəticəsində isə "Beşiktaş"la Sergen Yalçın arasında müqavilə imzalandı.
"Qara Qartal"ın yeni baş məşqçisi Sergen Yalçının köməkçiləri də müəyyənləşib. Onun köməkçiləri Murat Kaytaz və Ozan Köprülü olacaq. Atletik performans üzrə məsul şəxslər isə Niyazi Eniseler və Emre Gürbüz təyin edilib. Klubun əfsanəvi futbolçusu Atiba Hatçinsonun da Sergen Yalçının komandasına qoşulacağı bildirilib. Bundan əlavə, keçmiş futbolçu Olcay Şahanın da məşqçi heyətində yer alacağı barədə xəbərlər yayılıb.
Rəsmi açıqlamada bildirilir ki, Ole Qunnar Sulşer ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Serdal Adalı onun indiyədək göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.
Sergen Yalçın ilk məşqinə bu gün çıxacaq və "Beşiktaş"ı yeni mövsümdə aparacaq.
Qeyd: Sergen Yalçın daha əvvəl 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrına qədər "Beşiktaş"ı çalışdırıb. O, 79 matçda 45 qələbə, 10 heç-heçə və 24 məğlubiyyətlə klubun başında olub, 1 Süper Liqa və 1 Türkiyə Kuboku qazanıb. Son olaraq isə 2023-2024 mövsümünün ikinci yarısında "Antalyaspor"da baş məşqçi vəzifəsində çalışıb.
© Copyright 2026, All Rights Reserved