"Beşiktaş"ın futbolçusu Rusiya klubuna gedir
"Beşiktaş" legioner futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Amir Hadziahmetoviçin transferinə razılıq verib. Bosniyalı yarımmüdafiəçi ilə Rusiyanın "Lokomotiv" klubu maraqlanır.
Moskva təmsilçisi 28 yaşlı futbolçunun keçidi ilə bağlı “Beşiktaş”la danışıqlara start verib. Əgər tərəflər arasında razılaşma əldə olunarsa, Hadziahmetoviç karyerasını Rusiyada davam etdirəcək.
Qeyd: Bosniya və Herseqovina millisinin üzvü olan futbolçunun “Beşiktaş”la müqaviləsi 30 iyun 2027-ci il tarixinə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved