"Beşiktaş"ın gənc oyunçusu icarəyə verildi
"Beşiktaş" gənc futbolçusunu icarəyə göndərdi.
90plus.az xəbər verir ki, İstanbul klubu 20 yaşlı yarımmüdafiəçi Fahri Kerem Ayın icarəyə verildiyini açıqlayıb.
Gənc oyunçu 2025/2026 mövsümünü "İstanbulspor"un heyətində keçirəcək.
Qeyd: Fahri Kerem Ay ötən mövsüm “Beşiktaş”ın əsas komandasında debüt edib və 4 oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved