"Beşiktaş"ın sabiq futbolçusu geri döndü
90plus.az xəbər verir ki, dünən gecə İstanbul şəhərinə gələn Rıdvan Yılmaz "Beşiktaş" üçün tibbi müayinədən keçib. Klubdan verilən açıqlamada bildirilib ki, transfer danışıqları başladılan peşəkar futbolçu Rıdvan Yılmaz bu səhər Acıbadem Altunizadə Xəstəxanasında geniş tibbi müayinədən keçib.
Yılmazın qan analizləri və ortopediya, daxili xəstəliklər, göz, qulaq, burun-boğaz, ümumi cərrahiyyə və kardiologiya şöbələrində yoxlamaları həyata keçirilib. Sağlamlıq yoxlamaları ağciyər və fiziki yüklənmə testləri ilə tamamlanıb.
© Copyright 2026, All Rights Reserved