"Beşiktaş"ın yeni transferi Ndidi İstanbuldadır
"Beşiktaş" klubunun yeni transferi nigeriyalı yarımmüdafiəçi Uilfred Ndidi bu gün səhər saatlarında İstanbulda olub. 28 yaşlı dayaq yarımmüdafiəçisi səhər saat 05:15 radələrində şəhərə eniş edib.
90plus.az xəbər verir ki, Uilfred Ndidi tibbi müayinədən keçdikdən sonra "Beşiktaş" ilə rəsmi müqavilə imzalayacaq.
"Beşiktaş"ın mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə transfer etdiyi Ndidi ilə bütün şərtlər razılaşdırılıb. Artıq futbolçunun rəsmi olaraq təqdim olunması üçün son prosedurlar yerinə yetirilir.
"Beşiktaş" klubu açıqlamada bildirib:
“Peşəkar futbolçu Uilfred Onyinye Ndidi'nin transferi ilə bağlı futbolçu və onun klubu "Lester Siti Futbol Klub Limited" ilə danışıqlara başlanılmışdır.”
Hazırda futbolçunun tibbi müayinədən keçməsi gözlənilir. Müayinələrdən sonra müqavilənin rəsmi imzalanması və təqdimat mərasimi baş tutacaq.
© Copyright 2026, All Rights Reserved