"Bizim bəxtimiz gətirmədi" - "Osiyek"in baş məşqçisi
"Nə deyə bilərəm? Bəxtimiz gətirmədi" - Federiko Koppitelli.
90plus.az xəbər verir ki, Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Federiko Koppitelli Bakıda "Zirə"yə penaltilər seriyasında (əsas və əlavə vaxt: 2:2) uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransı keçirib:
Özünü tənqid: "Komanda hesabda öndə olanda özünə bənzəmirdi. Beş penaltidən isə birin vura bildik".
Bəhanə: "Nə deyə bilərəm? Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik", - deyə mütəxəssis bildirib.
Qeyd: "Zirə" "Osiyek" səddini keçərək pley-offda "Omonia"ya rəqib olub.
© Copyright 2026, All Rights Reserved