Boks məşqçimiz hakimi boğmağa cəhd edib
Avropa çempionatında qalmaqal: Azərbaycanlı məşqçi hakimi boğmağa cəhd etdi, Yusif Ağakişiyev döyüşü yarımçıq bitirdi.
90plus.az xəbər verir ki, Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında qalmaqallı olay yaşanıb. Mübahisə Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevlə serbiyalı Viktor Maystoroviç arasında keçirilən final qarşılaşmasında baş verib.
İnsident qarşılaşmanı idarə edən şimali makedoniyalı hakim Stefan Tsubalevskinin qərarlarına etirazla başlayıb. Azərbaycan millisinin məşqçisi referinin qərarlarına kəskin narazılıq ifadə edərək əvvəlcə sözlə etiraz edib. Gərginlik ikinci raundda pik həddə çatıb – məşqçi rinqə daxil olaraq referiyə fiziki müdaxilə edib və onu boğmağa cəhd göstərib.
VİDEO: https://t.me/doxsanplus/105614
Hadisədən dərhal sonra döyüş dayandırılıb və Yusif Ağakişiyev texniki məğlub sayılıb. Bu qərarla serbiyalı boksçu Maystoroviç qızıl medal, Ağakişiyev isə gümüş medalla kifayətlənib.
Qarşılaşmanın nəticəsi və baş verən olayla bağlı Avropa Boks Konfederasiyasının rəsmi açıqlama yayacağı gözlənilir. Hadisənin ciddi intizam tədbirləri ilə nəticələnəcəyi istisna olunmur.
© Copyright 2026, All Rights Reserved