Brazilyanın Ançelotti israrı davam edir
Braziliya Futbol Konfederasiyası (BFK) "Real Madrid"in baş məşqçisi Karlo Ançelottini milli komandalarının sükanı arxasına gətirmək istəyir.
90plus.az xəbər verir ki, BFK bu təyinatı yayda baş tutacaq klublararası dünya çempionatından əvvəl reallaşdırmağı planlaşdırır. Federasiya nümayəndələri artıq danışıqlar aparmaq üçün Madriddədir. Onlar yekun qərarın tezliklə verilməsi məqsədilə qarşıdakı həftədə də görüşləri davam etdirəcəklər.
Qeyd: Karlo Ançelottinin "Real Madrid" klubundan yaxın müddətdə ayrılma ehtimalı yüksəkdir. Amma italyan bunu heç istəmir.
© Copyright 2026, All Rights Reserved