Brüyne komanda yoldaşlarını tənqid edib
Belçika millisinin ulduz yarımmüdafiəçisi Kevin De Brüyne Millətlər Liqasının 2-ci turunda Fransaya məğlubiyyətdən (0:2) sonra komanda yoldaşlarını tənqid edib.
90plus.az xəbər verir ki, Brüyne bəzi futbolçuların öz işlərini düzgün görmədiyini deyib:
"Matçın fasiləsində komanda ilə danışmışam, amma sözlərimi mətbuat üçün təkrarlaya bilmərəm. Hər cəhətdən daha yaxşı olmalıyıq. Müəyyənləşdirdiyimiz standarta çatmaq üçün yetərincə yaxşı deyilik. Var gücümüzü ortaya qoymalıyıq. Bunu etməsək, hər şey bitəcək.
Etiraf edirəm ki, indiki Belçika millisi 2018-ci ildəki qədər güclü deyil. Müdafiədə pis çıxış edirik. Ancaq məsələ bunda deyil. Bəzi futbolçular öz işini görmürlər. Bu isə yolverilməzdir".
Mənbə: VTM
© Copyright 2026, All Rights Reserved