"Bu rəqibdən üstün olduğumuzu sübut etdi" - Stefan Kenni
"Sent Patriks"in baş məşqçisi Stefan Kenni nəticədən razı olduğunu dilə gətirib.
90plus.az xəbər verir ki, İrlandiyanın "Sent Patriks " klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"la cavab matçından sonra mətbuat konfransı keçirib.
Mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: "Oyunçularımla fəxr edirəm. Cütün favoriti hesab olunmurduq. Qələbə qazandığımız üçün şadam. "Sabah"ın yüksək səviyyəli futbolçuları var. Rəqib komanda görüşə daha yaxşı başlamışdı. Lakin hər iki görüşdə qalib gəlməyimiz, məncə, rəqibindən üstün olduğumuzu sübut etdi".
Qeyd: İrlandiyada keçirilən ilk matçda 0:1 hesabı ilə uduzan “bayquşlar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
© Copyright 2026, All Rights Reserved