Burak Yılmaz rəsmən bu klubun başında!
Türkiyə Süper Liqa komandalarından “Qaziantep FK"nın baş məşqçisi vəzifəsinə Burak Yılmaz gətirilib.
90plus.az xəbər verir ki, klubdan verilən açıqlamada belə qeyd olunub:
“Klubumuz baş məşqçi Burak Yılmaz ilə mövsümün sonuna qədər anlaşmaya varmışdır. Yeni baş məşqçimiz Burak Yılmazı qırmızı-qaralı ailəmizə ‘xoş gəlmisiniz’ deyir və armamız altında böyük uğurlar arzulayırıq.”
Burak Yılmaz klub prezidenti Memik Yılmazın iştirak etdiyi imza mərasimində müqaviləyə qol çəkib.
Onunla mövsüm sonunadək müqavilə bağlanıb.
© Copyright 2026, All Rights Reserved