Çexiyanın çalışdırıcısı: "Gürcüstanı məğlub etməliydik""
Çexiya millisinin çalışdırıcısı İvan Haşek Avropa çempionatının sonuncu qrup oyununda türkiyəyə 1-2 hesabı ilə məğlub olduqları matçı şərh edib.
90plus.az xəbər verir ki, Haşek uğursuzluğun əsas səbəbini deyib:
"Uğursuzluğun əsas səbəbi 2-ci turda Gürcüstanı məğlub etməməyimiz idi. Mübarizəni dayandırdığımız üçün məyus oldum. Çünki bu komandanın potensialı var. Biz bunu burada göstərmək istəyirdik".
Qeyd: F qrupunu 4-cü kimi bitirən Çexiya millisi Avro-2024-də mübarizəni dayandırıb.
© Copyright 2026, All Rights Reserved